Bu həftə İngiltərə Premyer Liqasının çempionu bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, futbolun yaradıcılarının çempionatında 123-cü dəfə ən güclü bilinəcək.
Bu, son turda dəqiqləşəcək. “Mançester Siti” və ya “Liverpul” çempionluq kubokunu başı üzərinə qaldıracaq.
1888/89 mövsümündən təşkil olunan yarışda indiyədək 24 klub çempion adını əldə edib. Rekordçu “Mançester Yunayted”dir. 122 çempionatın 20-də mançesterlilər qızıl medal əldə edib.
“Liverpul” Mançesterin digər təmsilçisi – MS-ni arxada qoysa, MY-yə çatacaq “Şəhərlilər”in özü isə 8-ci titulla Liverpulun digər təmsilçisi “Everton”a yaxınlaşmağı hədəfləyib. Hazırda MS “Aston Villa” ilə eyni göstəriciyə malikdir.
1. “Mançester Yunayted” - 20
2. “Liverpul” – 19
3. “Arsenal” – 13
4. “Everton” – 9
5-6. “Aston Villa” – 7
“Mançester Siti” – 7
7-8. “Sanderlend” – 6
“Çelsi” – 6
9-10. “Nyukasl” – 4
“Şeffild Uensdey” – 4
11-14. “Vulverhempton” – 3
“Lids” – 3
“Haddersfild” – 3
“Blekbern” – 3
15-19. “Preston” – 2
“Tottenhem” – 2
“Derbi” – 2
“Bernli” – 2
“Portsmut” – 2
20-24. “Şeffild Yunayted” – 1
“Vest Bromviç” – 1
“Nottinhem Forest” - 1
“İpsviç” – 1
“Lester” - 1