Rusiya klubları “Zenit” (Penza) və “Znamya” arasında yoxlama görüşünün saxta olduğu aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, bunu “Znamya”nın mətbuat xidməti açıqlayıb.
Noqinsk təmsilçilərinin rəsmiləri belə matçın keçirilmədiyini bəyan edib: “Biz bu oyunda iştirak etməmişik. Kimsə bizim suvenir mağazamızdan 10 dəst forma alıb. Həmin görüş vaxtı komandamız öz şəhərimizdə məşq edirdi. Maraqlıdır ki, “Zenit” də həmin vaxt Penzada məşqdə olub. Onlarla bu barədə danışmışıq və görüşdə iştirak etməyiblər. Amma maraqlıdır ki, onların mətbuat xidməti qarşılaşmanın hesabını verib. Rusiya Futbol İttifaqına müraciət etmişik. Onlar məsələ ilə məşğul olduqlarını bildirdilər”.
Qeyd edək ki, “Zenit” – “Znamya” qarşılaşmasının birinci hissəsi 0:0, matç isə 4:4 hesabı ilə başa çatıb. Görüş bir neçə bukmeker kontorunun pul qoyuluşu qəbul etdiyi siyahıda olub.