“Tottenhem”in sabiq futbolçusundan PROQNOZ
10.01.2023 - 17:48
“Tottenhem”in sabiq futbolçusundan PROQNOZ

Bu gün İngiltərədə Liqa kubokunun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Pavlyuçenko “Nyukasl” – “Lester” matçına proqnoz verib.

Rusiya millisinin sabiq futbolçusu betterlərə ən münasib variantı təklif edib. 2008-12-ci illərdə “Tottenhem”in şərəfini qorumuş hücumçu yaxşı tanıdığı klubların matçında favoritini də açıqlayıb:

“Nyukasl” cari mövsümdə çox sanballı görünür. Çempionlar Liqasına düşmək üçün mübarizə aparan komanda sabitliyi ilə seçilir.

“Lester” isə çempionatda yuvarlanma zonasına yaxındır. “Tülkülər” əvvəlki kimi oynamır.

Bu qarşılaşmada aşkar favorit var. Bu, meydan sahibləridir. “Nyukasl” bütün komponentlərdə üstündür. Bu üzdən 2,08 əmsallıq foralı qələbəyə üstünlük verirəm.

Proqnozum: Fora1 (-1)
 

writer photo
Əlirza Əlirzalı
0