Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq
04.11.2024 - 19:25
Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq

Noyabrın 8-19-da Petrovaçda (Monteneqro) keçiriləcək şahmat üzrə Avropa çempionatının üç reytinq favoriti müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirdə ilk pillədə Vladimir Fedoseyev (Sloveniya) qərarlaşıb.

Boqdan-Daniel Diak (Rumıniya) ikinci, Yorden Van Foreest (Niderland) isə üçüncü olacaq.

Azərbaycan qrossmeysterlərindən ən yüksək reytində Rauf Məmmədov malik olacaq - 16-cı yer.

Avropa çempionatında, Azərbaycan yığmasının heyətində Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə çıxış edəcəklər.

writer photo
Əlirza Əlirzalı
0