Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
23.04.2024 - 12:33
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinalın hər iki partiyasında Aydın Süleymanlı Xəzər Babazadəni üstələyərək, adını finala yazdırıb.

Yarımfinal mərhələsinin ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu məğlub etməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb - 1:1. Bu gün onlar arasında tay-brek oynanılacaq və ikinci finalçının adına aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

writer photo
Əlirza Əlirzalı
0