Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib
19.08.2024 - 14:32
Salman Süleymanovun xatirəsinə həsr olunmuş blits şahmat yarışı keçirilib

"Sabah" Şahmat Akademiyasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə sabiq SSR-nin əməkdar məşqçisi Salman Süleymanovun xatirəsinə həsr olunmuş sürətli şahmat yarışı keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə ölkəmizin 30-a yaxın istedadlı yeniyetmə zəka sahibləri, o cümlədən Avropa, dünya çempionları, Azərbaycan çempionatının medalçıları və qalibləri mübarizə aparıblar.

Yarışın açılış mərasimində AŞF-in Uşaq və Gənclər Komissiyasının sədri, qrossmeyster, əməkdar məşqçi Fərid Abbasov və AŞF-in İcraiyyə Komitəsinin üzvi, qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov çıxış ediblər. Salman Süleymanov gözəl xatirələr ilə yad edilib, gənclərə onun haqqında məlumat verilib.

Turnirin qalibi Abdulla Qədimbəyli olub. O, həmçinin rapid üzrə də birinci olub. Blits üzrə isə ən güclü İslam Hacıəliyev olub. Qadınlar arasında ən yaxşı nəticəni Ayan Allahverdiyeva göstərib. O da qızlar arasında rapiddə bütün rəqiblərini qabaqlayıb. Blits üzrə isə Nurtan Nuriyeva qalib adını qazanıb. Turnirdə fərqlənənlərə pul mükafatları verilib.

writer photo
Əlirza Əlirzalı
0