Şahmat üzrə Şarjah Masters turnirinin VII turunda təmsilçilərimiz üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, yığmanın lideri Teymur Rəcəbov Məhəmməd Muradlı ilə qarşılaşıb.
Görüş Məhəmmədin qələbəsi ilə başa çatıb. Aydın Süleymanlı da turu maksimum nəticə ilə bitirib. O, özbəkistalı rəqibini məğlub edib. Eltac Səfərli isə iranlı həmkarı ilə xalları yarıya bölüb.
Bu nəticələrdən sonra Aydın 5 xalla 8-ci pilləyə yüksəlib. O, liderdən yarım xal geri qalıb. Məhəmməd 4,5 xalla 12-ci, 3,5 xal toplayan Teymur 39-cu, Eltac isə 45-ci pillədə qərarlaşıb.
Şarjah Masters, VII tur
Aydın Suleymanlı – Javoxir Sindarov (Özbəkistan) – 1:0
Məhəmməd Muradlı – Teymur Rəcəbov – 1:0
Eltac Səfərli – Mahdi Qulami Orimi (İran) – 0,5:0,5