Səlahət Ağayevdən yubiley oyunu
21.10.2023 - 15:53
Səlahət Ağayevdən yubiley oyunu

Misli Premyer Liqasının X turu Səlahət Ağayev üçün yubileylə əlamətdar olub. 

Apasport.az xəbər verir ki, “Səbail”in 32 yaşlı qapıçısı Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib.

Bu, “Neftçi” ilə ev görüşünə təsadüf edib. 2:4 hesabı ilə uduzan “Səbail”in qolkiperi 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə topu qapısından çıxarıb.
Səlahətin debütü 2010/11 mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiper “Səbail”ə (10, -15) qədər “Şamaxı” (90, -74), “Sumqayıt” (39, -50), “Neftçi” (56, -50), “Sabah” (17, -20) və “Qəbələ”də (30, -38) də forma geyinib.

Qeyd edək ki, karyerası ərzində Premyer Liqanın 7 klubunda çıxış edən Ağayev ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb.

writer photo
Əlirza Əlirzalı
0