Avstraliyalı tennisçi Metyu Ebden fərdi yarışlarda karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, o, Paris Yay Olimpiya Oyunlarının ilk mərhələsində məğlubiyyətdən sonra bu qərarı verib.
Serbiyalı tennisçi Novak Çokoviçə 0:6, 1:6 hesabı ilə uduzan Ebden görüşdən sonra sosial şəbəkədə paylaşım edib: "Əminlikə deyə bilərəm ki, rəsmən fərdi yarışlarda çıxışımı başa vururam. Novak karyeramın son matçını Olimpiadada səninlə keçirmək çox xoş idi. Turnirdə sənə uğurlar arzulayıram".
Qeyd edək ki, Ebden cütlərin yarışında ən güclülərdən sayılır. O, kişilər və qarışıq cütlər üzrə iki dəfə "Böyük Dəbilqə"də qələbə qazanıb.