Karen Xaçanov ispaniyalı tennisçidən üstün oldu
28.04.2024 - 20:44
Karen Xaçanov  ispaniyalı tennisçidən üstün oldu

Karen Xaçanov Madriddə keçirilən turnirdə adını üçüncü dövrəyə yazdırıb.

Apasport.az xəbər verir ki, rusiyalı tennisçi ispaniyalı Roberto Bautista Aqutu üstələyib.

İlk set ispan tennisçinin payına düşüb (6:3), sonrakı 2 setdə Xaçanov güclü tərəf olub. Yekun nəticə 3:6, 6:3, 7:5 olub. Qarşıdurma 2 saat 26 dəqiqə davam edib.

Üçüncü turda Xaçanov, Nikolas Harri - Flavio Kobolli cütünün qalibi ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0