Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
01.07.2024 - 12:38
Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək.

Həmyerlimiz İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.

Qeyd edək ki, bu gün startı veriləcək yarış iyulun 6-na qədər davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0