"Gəncə" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-göylər" bolqarıstanlı Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.
Oyunçu 2023/2024-cü illər mövsümünü İsveçrənin VFM komandasında keçirib. O, Fransanın "Stella Calais", "Romans", "Vandoeuvre Nancy", ölkəsinin isə "Kazanlak" və "Rakovski" klublarının da şərəfini qoruyub.
"Gəncə" bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.
- Joao Feliks karyerasını harda davam etdirəcək?
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- Millimiz Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB
- Musa Qurbanılı: “Qərar verilməyib, çempionatın bitməsini gözləyirdik” - MÜSAHİBƏ
- "Sabah" son yoxlama görüşünə çıxır