Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 24-də Belçika yığması ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq. Görüşü serbiyalı Darko Savic və türkiyəli Yavuz Akdemir idarə edəcəklər.
Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamızın digər iki qarşılaşması isə yarışın formatına uyğun olaraq 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
17 avqust 2024 (Avstriya)
Avstriya – Azərbaycan 3:0 (25:16, 25:23, 25:14)
24 avqust 2024 (Bakı)
18:00. Azərbaycan – Belçika
GİN-nin Voleybol Mərkəzi