Sumqayıt Regional Voleybol Klubunun (RVK) təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş yeniyetmə qızlar və oğlanlar arasında daxili çempionat davam edir.
Apasport.az xəbər verir ki, Xaçmaz OİK-də təşkil olunan yarışın ikinci turunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, federasiya rəsmiləri və digər qonaqlar izləyiblər.
Oğlanların yarışında "Sumqayıt" "Xaçmaz"a, "Quba" "Siyəzən"ə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, mayın 25-də start götürən yarışda Sumqayıt RVK-nın tərkibinə daxil olan "Qusar", "Quba", "Şabran", "Sumqayıt", "Xaçmaz" və "Siyəzən" komandaları mübarizə aparır.