10:1 qələbə ilə qrupda qaldı
27.05.2022 - 10:18
10:1 qələbə ilə qrupda qaldı

Cənubi Amerika kubokunda nadir təsadüf olunan nəticə qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunda “Oriente Petrolero”nun qonağı olub.

Braziliya klubu səfər matçında 10:1 hesabı ilə qalib gəlib. Bu oyunda Herman Kano və Mateus Martins hərəyə 3, Manoel, Con Arias, Kayo Paulista və Villian hərəyə 1 qol vurub. Meydan sahibləri isə Sebastyan Alvaresin qolu ilə təsəlli qoluna sevinib.

Amma bu qələbə “Fluminense”yə yetərli olmayıb. H qrupunda 6 matçda 11 xal toplayan braziliyalılar ikinci yeri tutaraq mübarizəni dayandırıb. Pley-offa vəsiqəni isə 12 xalla “Union Santa-Fe” qazanıb.

Qeyd edək ki, “Oriente Petrolero” 0 xalla qrupda sonuncu olub.
 

writer photo
Əlirza Əlirzalı
0