65 milyon funtluq qapıçı
20.12.2022 - 19:04
65 milyon funtluq qapıçı

“Mançester Yunayted” heyətinə yeni qapıçı qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Portuqaliya millisinin və “Porto”nun qolkiperi Dioqu Koştanın xidmətində maraqlıdır.

Premyer Liqa klubu onun keçidi üçün təklif göndərəcək. Mançesterlilər Koşta üçün 65 milyon funt sterlinq ödəməyə hazırdır. Bu, qapıçının müqaviləsində göstərilən sərbəstqalma məbləğidir.

Qeyd edək ki, Dioqu Koşta cari mövsümün 19 oyunundan 9-da qapısını toxunulmaz saxlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0