80 milyon avroluq hədəf
20.06.2022 - 14:00
80 milyon avroluq hədəf

“Napoli”nin yay transfer planı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəhbərliyinin əsas hədəfi 80 milyon avro qazanmaqdır.

A seriyası təmsilçisi bu vəsaiti üç oyunçunun satışından əldə etməyi planlaşdırır. Bunun üçün Fabian Ruis, Dieqo Demme və Matteo Politano satışa çıxarılıb.

Müqaviləsi gələn yay başa çatacaq Ruis “Arsenal” və “Mançester Yunayted”in maraq dairəsindədir. Demme ilə Politanonun anlaşmaları isə 2024-cü ildə başa çatacaq. Sonuncu “Milan”ın hədəfindədirsə, Dieqo ilə “Valensiya” maraqlanır.

Qeyd edək ki, “Napoli” Jerar Deulofeu, Antonin Barak və Federiko Bernardeskini almaq niyyətindədir.
 

writer photo
Əlirza Əlirzalı
0