A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub
07.02.2025 - 22:26
A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub

İtaliya A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, “Napoli"nin yarımmüdafiəçisi Frank Anquissadır.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anquissa yanvar ayında A Seriyasında "Napoli"nin heyətində 4 matçda iştirak edib. 

Qeyd edək ki, Kamerun millisinin üzvü bu mövsüm italyanların heyətində iştirak etdiyi 25 matçda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0