Adı "Fənərbaxça" ilə çəkilən futbolçu yeni klubunda
06.08.2024 - 19:17
Adı "Fənərbaxça" ilə çəkilən futbolçu yeni klubunda

Argentinalı futbolçu Qvido Rodrigesin yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, “Real Betis”lə müqaviləsi bitən yarımmüdafiəçi “Vest Hem”lə 3 illik müqavilə imzalayıb.

Onun adı Türkiyənin “Fənərbaxça” klubu ilə də birgə çəkilirdi. 

Qeyd edək ki, Rodriges ötən mövsüm İspaniya təmsilçisinin heyətində 29 oyuna çıxıb, 2 dəfə rəqib qapılarına yol tapıb.
 

writer photo
Əlirza Əlirzalı
0