Adı "Fənərbaxça" ilə hallanan sabiq "Neftçi"li İtaliya yolunda
18.01.2024 - 10:35
Adı "Fənərbaxça" ilə hallanan sabiq "Neftçi"li İtaliya yolunda

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya İtaliya A seriyasına keçə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “Torino” “Partizan”ın (Serbiya) hücumçusu ilə maraqlanır.

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında keçmiş "Neftçi"li barəsində müsbət fikirlər səsləndirib. “Neftçi”nin heyətində Saldanyanı izlədiyini bildirən 67 yaşlı çalışdırıcı onun Serbiya çempionatında da yüksək performans sərgilədiyini bildirib.

Qeyd edək ki, Mateus Saldanya “Neftçi”də 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında çıxış edib. 

writer photo
Əlirza Əlirzalı
0