Alaba və Gülər məşqlərə başladı
17.10.2023 - 09:51
“Real”ın futbolçuları David Alaba və Arda Gülərin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, hər iki futbolçu komanda ilə məşqlərə başlayıb və La Liqanın X turunun “Sevilya” ilə oyununda iştirak edə bilər.
Avstriyalı müdafiəçi sentyabrın sonlarında zədələnib. Alaba bu üzdən üç matçı buraxıb.
Bu yay “Real”a keçən türkiyəli yarımmüdafiəçi hələ komandada debüt etməyib. Arda əməliyyatdan sonra bərpa prosesini başa vurub.
Qeyd edək ki, 9 turdan sonra 24 xala malik “Real” La Liqanın lideridir.
- Millimiz “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununa çıxacaq
- "Milan" ilk dəfə Avropa Liqasının 1/4 finalına yüksəlib
- "Qarabağ"ın legioneri: "Daha böyük xəyallar da qura bilərik"
- "Azərreyl" qızıl medala bir qədər də yaxınlaşdı
- Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO
0
0