Alfonso Deyvis DÇ-2022-yə hazır olacaq
06.11.2022 - 22:51
Alfonso Deyvis DÇ-2022-yə hazır olacaq

“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis Qətərdə keçiriləcək dünya çempionatına yollana biləcək.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı oyunçunun zədəsinin tezliklə sağalacağı açıqlanıb.

Kanada millisinin üzvü Almaniya Bundesliqasının XIII turunun “Herta” ilə oyununda (3:2) ayağından zədələnib. O, Münhen klubunun qarşıdakı iki görüşünü buraxacaq. Lakin DÇ-2022-yə qədər bərpa oluna biləcək.

Qeyd edək ki, Alfonso Deyvis 2018-ci ildən “Bavariya”da oynayır. Qətərdəki dünya çempionatı noyabrın 20-də start götürəcək. Kanada ilk oyununu noyabrın 23-də Belçikaya qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0