Ançelottinin favoritləri
11.10.2023 - 17:08
Ançelottinin favoritləri

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının favoritlərini müəyyənləşdirib. 

Apasport.az xəbər verir ki, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

64 yaşlı çalışdırıcı mövsümün sonunda titulu dörd komandadan birinin qazanacağı qənaətindədir: “Mənim Çempionlar Liqasındakı favoritlərim “Real”, “Barselona”, “Mançester Siti” və “Bavariya”dır”.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi olan Mançester klubu ilk dəfə bu mükafata yiyələnib. “Real” 14, “Bavariya” 6, “Barselona” 5 dəfə bu titula sahib çıxıb.

writer photo
Əlirza Əlirzalı
0