"Antverpen"dən "Atletiko"ya
24.01.2024 - 12:59
"Antverpen"dən "Atletiko"ya

"Atletiko" yarımmüdafiə xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, "Antverpen" klubunun yarımmüdafiəçisi Artur Vermeren "Atletiko"ya keçməyə yaxındır.

Madrid təmsilçisinin 53 yaşlı çalışdırıcısı Dieqo Simyone oyunçu ilə yaxından maraqlanır.

Belçikalı futbolçunun transfer dəyəri 22 milyon avro təşkil edir. Klub 18 yaşlı Arturun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, Artur bu mövsüm komandasında cəmi 2 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0