Arnautoviçdən tarixi göstərici
12.09.2022 - 00:22
Arnautoviçdən tarixi göstərici

Marko Arnautoviç “Bolonya”nın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu A seriyasının VI turunun “Fiorentina” ilə oyununda qol vurub.

Avstriyalı “Bolonya”nın heyətində ilk 6 turda 6 qol vurmağı bacarıb. Marko klub tarixinin son 60 ilində buna nail olan ilk legionerdir.

1962/63 mövsümündə Harald Nilsen daha məhsuldar olub. Danimarkalı 6 görüşdə 7 dəfə fərqlənib.

Qeyd edək ki, “Bolonya” Arnautoviçin qolu sayəsində 2:1 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0