“Arsenal” Jesusa əvəzləyici tapdı
11.01.2023 - 16:31
“Arsenal” Jesusa əvəzləyici tapdı

Belçikalı hücumçu Leandro Trossard İngiltərənin "Arsenal" klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytı xəbər verir ki, "Brayton"un forvardına London təmsilçisinin elçi düşməsinə səbəb futbolçusu Qabriel Jesusun zədələnməsi olub. 

“Arsenal” braziliyalının yerini doldurmaq üçün bu transferi tezliklə rəsmiləşdirmək arzusundadır.

Qeyd edək ki, 28 yaşlı oyunçunun "Brayton”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Trossard bu mövsüm 23 oyunda 9 qol vurub və 3 qolun ötürməsini edib.

writer photo
Əlirza Əlirzalı
0