“Atletiko”nun futbolçusu beyin travması alıb
02.10.2024 - 00:26
“Atletiko”nun futbolçusu beyin travması alıb

"Atletiko"nun futbolçusu Robin Le Norman beynindən xəsarət alıb. 

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

27 yaşlı ispaniyalı müdafiəçi “Real”la oyunda başından ağır zədə alıb. Tibbi müayinədən sonra onda subdural hematoma ilə travmatik beyin travması olduğu müəyyən edilib.

Le Normanın yaşıl meydanlara qayıtması bu növ zədə üçün müəyyən edilmiş protokolda qeyd olunan qaydalara uyğun olacağı bildirir.

writer photo
Əlirza Əlirzalı
0