“Ayaks”ın gözü Ten Haqın köməkçisində
16.10.2023 - 09:18
“Ayaks” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Niderland klubunun “sükanı arxası”na keçməyə əsas namizəd “Mançester Yunayted”in məşqçisi Mitçell van der Haaqdır.
Amsterdamlılar Erik Ten Haqın köməkçisinin xidmətində maraqlıdır. 51 yaşlı mütəxəssisin namizədliyini Lui van Qal irəli sürüb.
Qeyd edək ki, van der Haaq 2019-21-ci illərdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə çalışıb. Sonradan Ten Haqın köməkçisi olan mütəxəssis onunla birlikdə Amsterdam klubundan Mançester təmsilçisinə keçib.
0
0