“Barselona” 13 futbolçu ilə qaldı
10.08.2023 - 14:39
“Barselona” ciddi problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi futbolçularını qeydiyyatdan keçirməkdə çətinlik çəkir.
La Liqanın startına bir gün qalsa da, “Barselona” 23 futbolçudan yalnız 13-nü iştirak ərizəsinə daxil edib. 10 oyunçu isə sifariş vərəqindən kənar qalıb. Bunlar Markos Alonso, İnaki Penya, Ronald Arauxo, Serxi Roberto, Klemen Lanqle, Serjinyo Dest, Abde Ezzalzuli, Oriol Romeu, İniqo Martines və İlkay Gündoğandır.
Qeyd edək ki, “Barselona” ilk oyununu avqustun 13-də keçirəcək. Xavinin yetirmələri səfərdə “Xetafe” ilə üz-üzə gələcək.
0
0