"Barselona" 3 yarımmüdafiəçisi ilə bağlı qərar verib
15.04.2024 - 14:08
"Barselona" 3 yarımmüdafiəçisi ilə bağlı qərar verib

La Liqa təmsilçisi "Barselona" Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunu üçün 3 yarımmüdafiəçisi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, "Barselona"nın məşqçilər korpusu parislilərlə matçda yarımmüdafiə xəttini gücləndirəcək. Kataloniya klubunun yarımmüdafiə xəttində İlkay Gündoğan, Frenkie de Yonq və Pedri kimi oyunçular yer alacaq. 

Xatırladaq ki, Parisdə keçirilən ilk oyunda "Barselona" minimal hesablı (3:2) qələbə qazanmışdı.

Qeyd edək ki, "Barselona” və PSJ cütünün cavab matçı sabah keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0