"Bavariya" azarkeşlərinə şad xəbər
31.01.2024 - 16:42
"Bavariya" azarkeşlərinə şad xəbər

"Bavariya"nın müdafiəçisi Dayot Upamekano zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat verib.

25 yaşlı fransız futbolçunun bu gündən qaçış məşqlərini bərpa etdiyi bildirilir. Oyunçunun Bundesliqanın "Bayer Münhenqladbax" ilə matçında oynamağa hazır olacağı vurğulanır.

Qeyd edək ki, Upamekano yanvarın 24-də Bundesliqanın "Union Berlin"lə matçında zədələnib.

writer photo
Əlirza Əlirzalı
0