“Bavariya” milli üzvü ilə anlaşdı
29.11.2022 - 12:14
“Bavariya” milli üzvü ilə anlaşdı

“Leypsiq”in yarımmüdafiəçisi Konrad Laymerin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Avstriya millisinin üzvü Almaniyada klubunu dəyişəcək.

25 yaşlı orta sahə oyunçusu mövsümün sonunda Bundesliqanın ən güclüsü olan “Bavariya”ya keçəcək. Tərəflər 4 illik müqavilənin imzalanması üçün artıq şifahi razılığa gəliblər. Laymr mövsüm bitən kimi münhenlilərlə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, 2017-ci ildən “Leypsiq”in formasını geyinən Konrad Laymerin müqaviləsi mövsümün sonuna qədər olduğundan, futbolçu “Bavariya”ya azad agent kimi keçəcək.

writer photo
Əlirza Əlirzalı
0