Bellinqem ardıcıl 4-cü kuboka yaxındır
12.07.2024 - 15:30
Bellinqem ardıcıl 4-cü kuboka yaxındır

“Real Madrid”in ulduzu Cud Bellinqem mövsümü dörd kubokla başa vura bilər.

Apasport.az xəbər verir ki, “Real Madrid”lə La Liqa, Çempionlar Liqası və İspaniya Super Kubokunu qazanan ingilis ulduz İspaniyaya qarşı oynayacağı Avropa Çempionatının finalında da qələbəni hədəfləyib.

Bellinqem İspaniyada sezonun oyunçusu mükafatını da qazanmışdı. Digər tərəfdən, İspaniya millisinin oyunçuları Dani Karvaxal və Naço Fernandez də çempion olacaqları təqdirdə, futbol ilini 4 kubokla başa vurmuş olacaq.

Qeyd edək ki, Avropa Çempionatının final matçı iyulun 14-də saat 23:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0