"Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı
13.05.2024 - 17:33
"Bornmut" ispaniyalı məşqçisi ilə müqavilə müddətini uzatdı

"Bornmut" baş məşqçisi Andoni İraola ilə müqavilə müddətini uzadıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.

Andoni klubu ilə 2026-cı ilin ortalarına qədər davam edəcək əmək müqaviləsi imzalayıb.

İspaniyalı keçən yay "Bornmut"u çalışdırmağa başlayıb. O, Premyer Liqa klubunda 43 rəsmi oyun keçirib, 17 qələbə, 9 heç-heçə və 17 məğlubiyyət ilə yadda qalıb.

Xatırladaq ki, Andoni İraola Premyer Liqada mövsümün sonunda ən yaxşılar üçün mükafat uğrunda mübarizə aparan beş məşqçidən biridir.

writer photo
Əlirza Əlirzalı
0