“Borussiya” “Bavariya”ya şərt qoydu
03.01.2023 - 14:12
“Borussiya” “Bavariya”ya şərt qoydu

Mönhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommer “Bavariya”ya keçməyə razılıq verib.

Apasport.az saytının məlumatına görə, müqaviləsi yayda başa çatacaq isveçrəli yanvarda klubunu dəyişməyə hazırdır.

“Borussiya” rəhbərliyi 34 yaşlı qolkiperini satmağa razıdır. Lakin Mönhenqladbax təmsilçisi bunun üçün öz şərtlərini irəli sürüb.

Zommer üçün 5 milyon avro tələb edən “Borussiya” həm də yeni qapıçı tapmalıdır. Əgər Zommeri əvəzləmək üçün qolkiper tapılmasa, transfer baş tutmayacaq.

Qeyd edək ki, “Bavariya”nın əsas qapıçısı Manuel Noyer ayağı qırıldığı üçün mövsümü başa vurub.
 

writer photo
Əlirza Əlirzalı
0