“Borussiya” Sançonu heyətində saxlamaq istəyir
11.03.2024 - 15:19
“Borussiya” Sançonu heyətində saxlamaq istəyir

"Borussiya Dortmund" cinah yarımmüdafiəçisi Ceydon Sançonu ən azı bir mövsüm daha heyətində saxlamaq istəyir. 

Apasport.az xəbər verir ki, klub futboçunun icarə müddətini daha bir mövsüm uzatmaq və ya oyunçularından birini təklif edərək "Mançester Yunayted" ilə mübadilə təşkil etmək istəyir.

Xatırladaq ki, ingilis futbolçunun Dortmund klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayında başa çatacaq. 

Qeyd edək ki, Sanço Bundesliqada 1 qol vurub  və 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0