“Borussiya”da yeni müqavilə
05.10.2023 - 17:27
“Borussiya”da yeni müqavilə

Dortmund “Borussiya”sı qapıçısı Qreqor Kobellə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

25 yaşlı isveçrəli ilə yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Kobelin əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, qapıçı 2021-ci ildən “Borussiya”da forma geyinir.

writer photo
Əlirza Əlirzalı
0