Boykot: Futbolçular Qətərə ailəsiz gedəcək
05.10.2022 - 14:04
Boykot: Futbolçular Qətərə ailəsiz gedəcək

Danimarka yığmasının futbolçuları DÇ-2022 zamanı Qətərə ailələrini aparmayacaq.

Apasport.az saytı xəbər verir ki, bunu Danimarka Futbol Assosiasiyasının (DBU) meneceri Yakob Hoyer deyib.

O bildirib ki, qurum Qətərdə insan haqlarının pozulmasına etiraz əlaməti olaraq bu addıma əl atacaqlar: “Biz Qətərin qazanc əldə etməsinə töhfə vermək istəmirik. Ona görə də turizm fəaliyyətimizi mümkün qədər azaltmaq qərarına gəldik. Əvvəllər oyunçuların həyat yoldaşları və ya sevgililəri bizimlə böyük turnirlərə gedirdilər. Ancaq bu dəfə fərqli davranmağı məqsədəuyğun bildik”.

Bundan əvvəl Fransanın 6 şəhəri Qətərdəki mundialı boykot edəcəyi bildirilmişdi.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Danimarka yığması D qrupunda Fransa, Avstraliya və Tunislə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0