“Braqa”nın kapitanı “Qarabağ”la oyunu buraxa bilər
15.02.2024 - 10:59
“Braqa”nın kapitanı Rikardo Orta UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la bu gün keçiriləcək oyunu buraxa bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçu komandanın dünənki məşqini buraxıb.
Fiziki problemlər yaşayan 29 yaşlı hücumçu hazırlıqlarına fərdi məşqlərlə davam edir. Komanda kapitanının "Qarabağ"la matçında iştirakı sual altına düşüb.
Qeyd edək ki, Portuqaliyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
0
0