Bundesliqanın liderində yeni müqavilələr
29.09.2022 - 09:26
Almaniyanın “Union” klubu baş məşqçisi Urs Fişerlə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Berlin klubunun mətbuat xidməti açıqlayıb.
2018-ci ildən “Union”a rəhbərlik edən isveçrəli ilə yeni sözləşmənin detalları müəyyənləşməyib. 56 yaşlı mütəxəssisin köməkçisi Markus Hoffmanla müqavilə də yenilənib.
Qeyd edək ki, “Union” 7 turdan sonra Bundesliqanın lideridir.
0
0