"Cim-bom" rekorda qaçır
10.10.2023 - 00:51
"Cim-bom" rekorda qaçır

“Qalatasaray” 36 ildən sonra rekordu yeniləyib.

Apasport.az xəbər verir ki, “sarı-qırmızı”lı komanda çempionatın geridə qalan 8 turunda 7 qələbə və 1 heç-heçəyə nail olub.

Hələ ki, məğlubiyyət üzü görməyən İstanbul klubu rəqib qapılarına 16 qol vurub, öz qapısından isə 4 qol buraxıb. Komanda 1987/88 mövsümündə məhz 8 matçdan sonra 22 xal toplaya bilib. 

Qeyd edək ki, “aslanlar” 9-cu turda evdə “Beşiktaş”ı sınağa çəkəcək. Matç oktyabrın 21-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0