Daxili İşlər Nazirliyi azarkeşlərə xəbərdarlıq etdi
16.02.2024 - 15:19
Daxili İşlər Nazirliyi azarkeşlərə xəbərdarlıq etdi

Fransanın Daxili İşlər Nazirliyi Liqa 1-in 22-ci həftəsində baş tutacaq görüşlə bağlı azarkeşlərə xəbərdarlıq edib. 

Apasport.az bu barədə "Lequipe" nəşrinə istinadla xəbər verir.

Daxili işlər naziri Gerald Darman parisli tərəfdarların Nanta getməsini qadağa edib. Dövlət rəsmisi bu qərarı PSJ və "Nant" arasında baş tutan öncəki oyunlarla əlaqələndirib. Darman bildirib ki, iki klubun tərəfdarları arasında real və ciddi qarşıdurma riski mövcuddur. 

Qeyd edilib ki, parislilərin Nant səfəri ictimai asayişin pozulmasına səbəb olur.

Nazirlik, iki komanda arasında olan “düşmənçilik münasibətləri”ni xüsusilə bildirib. 

writer photo
Əlirza Əlirzalı
0