Depay özünü “Yuventus”a təklif etdi
28.07.2022 - 15:21
Depay özünü “Yuventus”a təklif etdi

“Barselona” hücumçusu Memfis Depay üçün yeni komanda axtarmağa davam edir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 28 yaşlı forvardı heyətdə saxlamaqda maraqlı deyil.

Niderland millisinin üzvü özü də artıq əsas heyətə düşə bilməyəcəyini başa düşür. Bu üzdən o, öz xidmətini “Yuventus”a təklif edib. Turinlilər isə bu variantın onlara xeyir verib-verməyəcəyini nəzərdən keçirir.

Qeyd edək ki, Memfis Depay “Barselona”ya ötən il “Lion”dan keçib.
 

writer photo
Əlirza Əlirzalı
0