"Əl-Nəsr" daha bir ulduza gözünü dikdi
25.02.2023 - 00:51
"Əl-Nəsr" daha bir ulduza gözünü dikdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Kriştianu Ronaldonun transferindən sonra daha bir ulduzu heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi PSJ-nin müdafiəçisi Serxyo Ramosun ətrafı ilə əlaqə saxlayıb və onunla müqavilə imzalamaq istədiklərini açıqlayıb.

Keçmiş "Real"ın və İspaniya millisinin kapitanı Parisdə rahatdır. Lakin PSJ-nin bu yay onunla başa çatan müqaviləsinin müddətini uzadıb-uzatmayacağı bilinmir.

Qeyd edək ki, daha əvvəl "Əl-Nəsr"in "Real"ın yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina cavabı aldığı bildirilirdi.

writer photo
Əlirza Əlirzalı
0