"Empoli"də məşqçi dəyişikliyi
16.01.2024 - 09:53
"Empoli"də məşqçi dəyişikliyi

"Empoli" klubunda baş məşqçi dəyişikliyi olub.

Apasport.az xəbər verir ki, qeydə alınan zəif nəticələrdən sonra Aurelio Andreazzoli postunu tərk edib.

Artıq komandanın yeni məşqçisi də bəllidir. Klubdan verilən açıqlamada Davide Nikolanın komandanın sükanı arxasına keçdiyi bildirilir. 50 yaşlı yerli mütəxəssislə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, “Empoli” İtaliya A seriyasında bu mövsüm 20 matç keçirib. Komanda topladığı 13 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0