Ən çox qazanan futbolçuların siyahısı
13.10.2023 - 23:42
Ən çox qazanan futbolçuların siyahısı

Portuqaliyalı ulduz Kriştiano Ronaldo 2023-cü ildə dünyanın ən çox qazanan futbolçusu olub.

Apasport.az saytı xəbər verir ki, “Forbes” jurnalının açıqladığı siyahıda Messi və Mbappe növbəti yerləri tutublar.

Kriştanonun illik gəliri 260 milyon dollar təşkil edib. 38 yaşlı hücumçunun illik məvacibi 60 milyon olub. Qalan 200 milyon reklam müqavilələrindən əldə edilib.

1. Kriştiano Ronaldo (“Əl-Nəsr”) — 260 mln. dollar (məvacib 60 mln.)
2. Lionel Messi (“İnter Mayami”) — 135 mln. dollar (məvacib 65 mln.)
3. Neymar (“Əl-Hilal”) — 112 mln. dollar (məvacib 32 mln.)
4. Kilyan Mbappe(PSJ) — 110 mln. dollar (məvacib 90 mln.).
5. Kərim Benzema (“Əl-İttihad”) — 106 mln. dollar (məvacib 100 mln.).
6. Erlinq Holand (“Mançester Siti”) — 58 mln. dollar (məvacib 46 mln.).
7. Məhəmməd Salah (“Liverpul”) — 53 mln. dollar (məvacib 35 mln.).
8. Sadio Mane (“Əl-Nəsr”) — 52 mln. dollar (məvacib 48 mln.).
9. Kevin De Bryune (“Mançester Siti”) — 39 mln. dollar (məvacib 35 mln.).
10. Harri Keyn (“Bavariya”) — 36 mln. dollar (məvacib 26 mln.).

writer photo
Əlirza Əlirzalı
0