Ən yaşlı KONTORLAR
30.10.2022 - 12:03
Ən yaşlı KONTORLAR

Mərc oyunları həvəskarlarının sayı milyonlarla olsa da, onların əksəriyyəti dünyanın ən yaşlı bukmeker kontorlarından xəbərsizdir.

Apasport.az saytının məlumatına görə, ən köhnə üç şirkət Böyük Britaniyadadır.

Düzdür, hələ XVIII əsrdə İngiltərə və Fransada mərc oyunları mövcud olub. Həmin vaxt əsasən at yarışlarına proqnozlar qoyulub. 

Amma həmin vaxt onların prinsipləri indikindən çox fərqlənib. Ən yaşlı müasir bukmekerlərin təməli isə XX əsrdə qoyulub.

1. “Ladbrokes”

Bu şirkət 1902-ci ildə yaradılıb. Kontor Böyük Britaniya mərc oyunları bazarının flaqmanı hesab olunur.

2. “William Hill”

Az qala bütün planetin tanıdığı şirkətin əsası 1934-cü ildə qoyulub. Bu brend əvvəl minlərlə mərc qəbulu məntəqələri ilə seçilirdisə, XXI əsrdə çoxmilyonluq auditoriyaya malik saytı ilə fərqlənir.

3. “BetVictor”

Viktor Çandler 1946-cı ildə yaratdığı kontora öz adını verib. Həmin vaxtdan şirkət dəfələrlə adını, 2014-cü ildə isə sahibini də dəyişib. Brendin populyarlığını saytın 160-dan artıq ölkədən qeydiyyatdan keçən müştərilərinin olması təsdiqləyir.

Qeyd edək ki, Azərbaycanda ilk bukmeker kontorunun yaradılması 2011-ci ilə təsadüf edib.
 

writer photo
Əlirza Əlirzalı
0