Ərəb idman nazirindən Ronaldonun keçidinə MÜNASİBƏT
25.11.2022 - 13:04
Ərəb idman nazirindən Ronaldonun keçidinə MÜNASİBƏT

Səudiyyə Ərəbistanının idman naziri şahzadə Abdel Aziz bin Turki Al-Feysəl Kriştiano Ronaldo barədə fikirlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ərəb nazir portuqaliyalı ulduzun karyerasını bu ölkədə davam etdirməsi ehtimalına münasibət bildirib.

O, Ronaldonun Səudiyyə Ərəbistanı liqasında oynamasının tərəfdarıdır: “Kim istəməz ki, Ronaldo onların liqasında oynasın? O və Messi çox sayda gənc futbolçular üçün nümunədir”.

Nazir ərəb investorların İngiltərə klublarını almaq ehtimalına da toxunub: “Mançester Yunayted” və “Liverpul”un bizim investorlar tərəfindən alınacağına ümid edirəm. Əgər hər şey alınsa, bu, yaxşı alqı-satqı olacaq. Həm fərdi sahibkarlar, həm krallıqdan olan şirkətlərin alıcı qismində olması mümkündür. Premyer Liqa dünyanın ən yaxşı liqasıdır, ona hamı baxır. Səudiyyə Ərəbistanında İngiltərə klublarının sadiq azarkeşləri var. Bir sözlə, bu, hamı üçün sərfəli olacaq”.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən Kriştiano Ronaldo azad agent statusuna malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0