Ərəblər Obameyanqı da aparır
13.06.2023 - 12:20
Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq da ərəblərin diqqət mərkəzinə düşüb.
Yarımadanın dörd komandası 33 yaşlı qabonluya eyni vaxtda elçi düşüblər. Londonlularla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulan forvardın klubdakı durumundan narazı olduğu bildirilir. Ehtiyatda oturmaq istəməyən Obameyanqın təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, Obameyanq ötən mövsüm 21 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
- Mərakeşin qapıçısı “Bavariya”nın maraq dairəsində - 50 milyon avro
- “Mançester Yunayted”də iki vida
- Tahir Süleymanov: “Neftçi”nin minimum hədəfi hər zaman çempionluq, Avropada əldə edilən nəticələrdir”
- UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
- Daha bir parataekvondoçumuz dünya çempionatında fəxri kürsüdə
0
0