"Fənərbaxça" axtardığı hücumçunu Bundesliqada tapıb
21.10.2023 - 15:19
“Fənərbaxça” qışda heyətə yeni hücumçu cəlb edəcək.
Apasport.az xəbər verir ki, Mişi Batşuayi ilə yolları ayırmağa hazırlaşan İstanbul klubu diqqətini Almaniya Bundesliqasına yönəldib.
“Sarı laçıvərt”li komanda “Maynz”dan Conatan Birkarda elçi düşüb. Skautlar 23 yaşlı almanın oyunu ilə bağlı müsbət rəy veriblər. Klub rəhbərliyi qışda Batşuaini gənc forvardla əvəzləməyi planlaşdırır.
Qeyd edək ki, 2018-ci ildən “Maynz”ın əsas komandasına cəb edilən Birkard Bundesliqada iştirak etdiyi 88 matçda 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0